Trampdan sərt zərbə | VİDEO

   Trampdan sərt zərbə    | VİDEO
  03 Sentyabr 2025    Oxunub:696
Amerika lideri Donald Tramp “Tren de Araqua” narkotik kartelinin 11 üzvünün öldürüldüyünü açıqlayıb.
AzVision.az xəbər verir ki, ABŞ Dövlət departamenti “Tren de Araqua” kartelini bu ilin fevral ayında terror təşkilatları siyahısına əlavə edib.

Maraqlıdır ki, Venesuela tərəfi qruplaşmanın 11 üzvünün məhvi ilə bağlı video-materialın süni intellektdən istifadə etməklə yaradıldığını bildirib.

Bundan əvvəl ABŞ Dövlət katibi Marko Rubio sosial şəbəkədə zərbənin endirilməsini təsdiqləyərək, Amerika ordusunun Karib dənizində narkotik maddələri məhv etdiyini deyib. Onun sözlərinə görə, həyata keçirilən tədbirlər nəticəsində Venesuelanı tərk edən gəmi narkotika ticarəti ilə məşğul olan tanınmış terror təşkilatına aiddir.

Daha əvvəl narkotik kartelləri ilə mübarizə aparmaq üçün Donald Tramp Venesuela sahillərinə minlərlə hərbçi və ABŞ Hərbi Dəniz qüvvələrinə (HDQ) məxsus onlarla gəmi göndərmişdi.

“HDQ-nin üç esminesi – “USS Gravely”, “USS Jason Dunham” və “USS Sampson” gəmiləri narkotik kartellərinə qarşı əməliyyatlar üçün Karib dənizinin cənubuna göndərilib”, - avqustun 19-da “Reuters” agentliyi məlumat yaymışdı.

Bundan əlavə, “USS Newport News” nüvə sualtı qayığının, idarəolunan raketlər daşıyan “USS Lake Erie”, kreyserinin, desant gəmilərinin və 4500 hərbçinin Venesuela sahillərində yerləşdirildiyi bildirilirdi.

“The New York Times (NYT)” qəzetinin yazdığına görə, Tramp Latın Amerikası narkotik kartellərinə qarşı hərbi güc tətbiq etməyə başlamaq üçün gizli direktiv imzalayıb.



Sahil İsgəndərov
AzVision.az


Teqlər: Tramp   Venesuela   zərbə  



Xəbər lenti